Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Osman Alıyev Prezidenti doğum günü münasibəti ilə təbrik edib

“Siz Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin ildən-ilə genişlənməsinə böyük töhfə veribsiz”

 

Rusiya Federasiyasının Kirov vilayətində fəaliyyət göstərən “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Osman Alıyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda bildirilir: Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ali Baş Komandan olaraq Siz dəmir yumruq kimi dünya azərbaycanlılarını birləşdiribsiniz. Kirovdakı azərbaycanlılar olaraq Rusiya-Azərbaycan əlaqələrin daha da möhkəmlənməsinə çalışırıq.

Siz Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin ildən-ilə genişlənməsinə böyük töhfə veribsiz. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə olan dostluq münasibətiniz iki dövlət və xalq arasında olan əlaqələrin inkişafına təkan verib. Bütün bunlar bizləri qürürlandırır.  

Azərbaycanın inkişafı və yeni nailiyyətlər yolunda əzmkar fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm. Sizi bir daha doğum gününüz, eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Bütün işlərinizdə uğurlar arzu edirəm.

Rusiyada diaspor olaraq hər zaman Sizinlə fəxr edirik”.   

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir