Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Neftçala rayonu Mirqurbanlı kəndi ərazisindəki akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Neftçala rayon sakinləri Yalçın Oruçov və Pərvin Rəsulov olduğu müəyyən edilib.
“Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.