Qızılın qiyməti cüzi düşüb

Dünya bazarında qızılın qiyməti cüzi düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,18 % və ya 3,15 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1750,85 dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,76 % düşərək 1 unsiyası 21,267 ABŞ dolları təşkil edib.

Çində davam edən etirazlar fonunda ABŞ valyutasının dəstək alması qiymətli metala mənfi təsir edib.

Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,36 % artaraq 106,34 bənd təşkil edib. ABŞ valyutasının bahalaşması qızılı digər valyutalarda alış üçün əlverişsiz edir.

Bazarların diqqəti Çinə yönəlib. Karantin məhdudiyyətlərinin sərtləşdirilməsi fonunda ölkədə, o cümlədən Şanxay və Pekində etiraz aksiyaları keçirilir.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir