Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Rəcəb Tayyib Ərdoğana şeir həsr olunub: Bir tarixdi yazıdı

Son illər Borçalı ədəbi mühitinə bir sıra istedadlı gənclər gəlməyə başlamışdır. İstər poeziya sahəsində və istərsə də nəsr sahəsində onlar, bir-birindən gözəl əsərlər yazıb çap etdirirlər. Belə gənclərdən biri də 4 oktyabr 1984-cü ildə qədim Borçalı mahalında – indiki Gürcüstan Respublikasının Marneuli rayonundakı Xocerni kəndində ziyalı ailəsində anadan olan Azad Hüseyn oğlu Abdulrahmanovdur.
Azad Abdulrahmanov “Üfüqdən parlayan günəş” adlı bir kitabın, Azərbaycanın Xalq şairi Zəlimxan Yaquba həsir etdiyi “Şair Zəlimxan” və Türküyənin Suriyada apardığı antiterror əməliyyatına həsr etdiyi “Afrin” adlı poemaların müəllifidir.

Onun Türkiyə Cümhiriyyətinin Prezidenti Receb Tayyib Ərdoğana həsr etdiyi şeiri oxuculara təqdim edirik.

 Receb Tayyib Ərdoğan.

Bir tarixdi yazıdı.
Türkün zəfər sazıdı.
Millətin atasıdı.
Receb Tayyib Ərdoğan.

Türk varlığı kür-araz.
Yorğunluqla barışmaz.
Yoxuşlarda yorulmaz.
Receb Tayyib Ərdoğan.

Nə iş görsə həqiqət.
Onunladı səadət.
Böyük millətdi, millət.
Receb Tayyib Ərdoğan.

Mərd doğuldu, mərd oldu.
Zaman-zaman sərt oldu.
Düşmənlərə dərd oldu.
Receb Tayyib Ərdoğan.

Meydanlara çıxarkən.
Oldu əynində kəfən.
Qrxmadı “darbələrdən”.
Receb Tayyib Ərdoğan.

Siyasəti biləndi.
Dediyini edəndi.
Kamalına güvəndi.
Receb Tayyib Ərdoğan.

Ağlı qılıncdan iti.
Başa çəkdi milləti.
“Davos”da sözün dedi.
Receb Tayyib Ərdoğan.

Əməli ər, adı ər.
Onunladı hər hünər.
Diplomatda şah əsər.
Receb Tayyib Ərdoğan.

Turandı yaratdığı.
Gördüyü  iş üz ağı.
Türkün arxa, dayağı.
Receb Tayyib Ərdoğan.

Türk xalqı ona yar.
Qazandı o, etibar.
İnamı şah yaşadar.
Receb Tayyib Ərdoğan.

Qəlbimizdə ər adı.
Sönməz ocaq qaladı.
Ağdam, Laçın Şuşadı.
Receb Tayyib Ərdoğan.

Nitqi alov;.Söyləsə.
Dünya heyran gur səsə.
Şairdi;. Şeir desə.
Receb Tayyib Ərdoğan.

Yunis İmrə kafalı.
Kəlamları şəfalı.
Bir ömürdü; bahalı.
Receb Tayyib Ərdoğan.

Nə gündüz-gecə yatdı.
Hədəfə çata-çatdı.
Gözəlliklər yaratdı.
Receb Tayyib Ərdoğan.

Dostu İlham Əliyev.
Türk dünyası ona ev.
Türkü istəyir bütöv.
Receb Tayyib Ərdoğan.

Yol tapdı Türk elinə.
“Zəngəzur dəhlizinə”.
Yaxın “Göyçə gölü”nə.
Receb Tayyib Ərdoğan.

“Bəyamnamə” Şuşada.
Fəxr etdik şu ada.
Taxt qurdu Qarabağda.
Receb Tayyib Ərdoğan.

“Araz”ın çay işığı
“O tay”,  ” bu tay”  işığı.
Zülmətin “Ay”  işığı.
Receb Tayyib Ərdoğan.

Görsən;. Sevgi selidi.
Duysan;. Dərdin dilidi.
Türkün birlik gülüdü.
Receb Tayyib Ərdoğan.

Din-imanı ədalət.
Dünya ona əmanət.
Hürrüyyətdi, hürrüyyət.
Receb Tayyib Ərdoğan.

Düzlük dövləti-varı.
Namus, qeyrəti, arı.
Sevdi pak adamları.
Receb Tayyib Ərdoğan.

Ədalətlə qaynayır.
Haqqa könül bağlayır.
Dəryalar tək çağlayır.
Receb Tayyib Ərdoğan.

Heydərlə də bir idi.
Gələcəyi bilirdi.
Atatürk tək liderdi.
Receb Tayyib Ərdoğan.

Türk ordusu ürəyi.
Silahlardı gərəyi.
Göydən alır köməyi.
Receb Tayyib Ərdoğan.

Qan dondurur “pualar”.
Həm də “ef 16-lar”.
Yapdı yerli silahlar.
Receb Tayyib Ərdoğan.

Yüksəklərdə kalkınma.
Həm də  milli savunma.
Yetirdi “Qızıl Əlma”.
Receb Tayyib Ərdoğan.

Çok hızlı gelişmələr.
Bu dünyaya “TOGG” yetər.
Fəth eylədi zirvələr.
Receb Tayyib Ərdoğan.

Vətən uludan ulu.
Yolu “Sultanlar” yolu.
“Bayraqdar”la qürurlu.
Receb Tayyib Ərdoğan.

Yurd-yuva ruhu, canı.
El-oba qaynar qanı.
Məhv etdi “PKK “-nı.
Receb Tayyib Ərdoğan.

Xalqın səsidi səsi.
Xalqdı eşqi, həvəsi.
Xalqla alır nəfəsi.
Receb Tayyib Ərdoğan.

Vuruldu torpağına.
“Ay, ulduz” bayrağına.
Döndü yurd çırağına.
Receb Tayyib Ərdoğan.

Göz önündə cəfası.
Dağlar aşdı vəfası.
İnsanlığın qalası.
Receb Tayyib Ərdoğan.

Sevək Allah sevəni.
Unutmayaq dünəni.
Baş eylədi ölkəni.
Receb Tayyib Ərdoğan.

Millətimiz birdi, bir.
Nə sehirdi, nə də sirr.
Həm ocaqdı, həm də pir.
Receb Tayyib Ərdoğan.

Azad bəlli mətləbin.
Yaz, qoy desin qələmin.
Özüdü min illərin.
Receb Tayyib Ərdoğan.

23.05.2023  

Azad Abdurahmanov

 

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir