Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Rusiya XİN-nin Diplomatik Akademiyasında Ulu Öndər Heydər Əliyevin yubileyi qeyd ediləcək

Sentyabrın 4-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının Muzeyinin binasında Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti təşkilatının sədri Əli Kazımovla görş keçirlib. Görüşdə Əli Kazmovun müavini İrina Cəfərovna Silina və Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının nümayəndələri də iştirak ediblər.Əli Kazmovun saytımıza verdiyi məlumat görə, görüş zamanı Rusiya-Azərbaycan əlaqələridən danışılıb, iki dövlət arasında dostluq və millətlərarası münasibətlərin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq yolları müəyyən edilib. Əməkdaşlıq çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş birgə tədbirin keçirilməsi qərara alınıb. Səmimi atmosferdə keçən söhbətdə 2023-cü ilin noyabr ayının birinci yarısında Diplomatik Akademiyanın salonlarından birində keçirilməsi planlaşdırılan tədbirin ssenarisi hazırlanıb.Görüşün sonunda Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti nümayəndələri Xarici İşlər Nazirliyinin Akademiyasının Muzeyinə Xalq yazıçısı Elmira Axundovanın Heydər Əlirza oğlu Əliyev haqqında üç cilddən ibarət kitabını hədiyyə ediblər.

image-img-20230904-wa0085 image-img-20230904-wa0084 image-img-20230904-wa0086 image-img-20230904-wa0087

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir