Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Rusiya XİN rəhbəri Qarabağda ekoloji vəziyyət barədə suala cavab verib

Üçtərəfli razılaşmaların bəndlərinin yerinə yetirilməsi ilə əlaqədar Azərbaycanın sualları Rusiya Federasiyası üçün prioritet əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu fikirləri azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında AZƏRTAC-ın müxbirinin sualına cavab olaraq söyləyib. Müxbir dekabrın 3-də Azərbaycanın bir sıra dövlət qurumlarının Qarabağdakı Rusiya sülhməramlı kontingentinə müraciətinin nazirlərin görüşündə müzakirə olunub-olunmadığını soruşanda S.Lavrov deyib: “Azərbaycan idarələrinin nümayəndələri orada işləri Rusiya sülhməramlı kontingentinin iştirakı ilə aparırlar. Azərbaycanlı qonşularımızın və həmkarlarımızın üçtərəfli bəyanatlarda təsbit olunmuş razılaşmaların yerinə yetirilməsi mövzusunda sualları bizdən ötrü prioritet əhəmiyyətə malikdir. Bizim oradakı hərbçilərimiz bu məsələ ilə fəal məşğul olurlar”.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir