Rusiyada yenidən ölkəmizin turizm nümayəndəliyi açılacaq

Azərbaycan Rusiyada yenidən turizm nümayəndəliyi açmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev news.ru nəşrinə müsahibəsində deyib.

Bir neçə ölkədə belə nümayəndəliklərin olduğunu bildirən DTA-nın sədri qeyd edib ki, koronavirus pandemiyası səbəbindən iş sxemində dəyişiklik olunub və onların fəaliyyəti dayandırılıb: “Ancaq biz onları yenidən açmağı planlaşdırırıq, o cümlədən Rusiyada”.

Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi müxtəlif ölkələrin turoperatorları ilə əməkdaşlıq edir: “Noyabr ayından etibarən rusların xizək kurortlarımıza gəlməsi üçün kampaniyaya start verilib”.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir