Rusiyanın Balaşixa şəhərində keçirilən tədbirdə mədəniyyətimiz təbliğ edilib

2023-cü il noyabrın 4-də Moskva yaxınlığındakı Balaşixa şəhərinin Mədəniyyət Sarayında Milli Birlik Gününə həsr olunmuş 6-cı milli mədəniyyətlər festivalı keçirildi.

Artıq 6-cı ildir ki, Balaşixa yerli Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Amil Ağayev Azərbaycan mədəniyyətini tədbirdə layiqincə təmsil təbliğ edir.
Proqrama milli xörəklərin dequstasiyasından ibarət sərgi, eləcə də konsert proqramı daxil edilib.
Azərbaycandan olan proqrama şah plovu, üzüm yarpağından dolma, şəkərbura, paxlava, halva kimi xörəklər, həmçinin böyük növbə cəlb edən xüsusiyyət – göyərti ilə qutab bişirmək üzrə ustad dərsi də yer alıb. Qonaqlar milli Azərbaycan mətbəxinin şah əsərinin necə yaradıldığını öz gözləri ilə görə bildilər, həm də onların dadına baxdılar.
Azərbaycandan olan konsert proqramına “Qarabağ” ansamblının iki populyar “Azərbaycan” və “Naz eləmə” rəqsləri və Müslüm Maqomayevin ölməz hiti “Bahar yurdu – Azərbaycan” mahnısını ifa edən gənc ulduz Azər Nəsibovun parlaq ifası daxil edilib. Qeyd edək ki, gənc ifaçı Azər Nəsibov bu il məşhur “Uşaqların səsi” televiziya layihəsinin finalçısı, həmçinin “Səs artıq uşaq deyil” layihəsinin iştirakçısıdır.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir