Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Rusiyanın Milli İşlər üçün Federal Agentliyi tərəfindən soydaşlarımız təltif olunublar

Martın 21-də Moskvada Rusiya Xalqları Evində Rusiya Xalqları Evinin direktoru, Rusiya Prezidenti Vladimir Putin yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Anna Andreevna Polezjayeva ilə görüş keçirilib. Rusiyanın müxtəlif regionlarından olan Azərbaycan ictimai təşkilatı rəhbərlərinə Milli İşlər üçün Federal Agentliyin rəhbəri Barinov İqor Vyaçeslavoviçin adından Təşəkkürnamələr təqdim olunub.

“Milli mədəniyyətin qorunub saxlanması, artırılması və populyarlaşdırılması istiqamətində uzun illər səmərəli ictimai işlərə, millətlərarası münasibətlərin uzlaşdırılmasına və dövlətin milli siyasətinin həyata keçirilməsinə yönəlmiş mədəni-maarif, ekoloji və xeyriyyə layihələrinin həyata keçirilməsinə görə Sizə səmimi minnətdarlığımı bildirirəm”, – deyə Təşəkkürnamədə qeyd olunub.

Səmimi qəbula və işlərinə verilən yüksək qiymətə görə diaspor üzvləri Anna Andreevnaya təşəkkür ediblər.

Qeyd edək ki, təltif olunan soydaşlarımız aşağıdakılardır: Qasım Kərimov, Ramil Əliyev, Ramiz Məmmədov, Məhəmməd Əhmədov, Yaşar Məsimov, Osman Alıyev, Uğur Əfəndiyev və Əbülfət Qurbanov.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir