Sahibə Qafarova: Türkiyəyə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik

Milli Məclisin sədri Sahibə Qafarova İstanbul şəhərində törədilmiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyəyə başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova bununla bağlı rəsmi tviter səhifəsində yazıb: “İstanbul şəhərində törədilmiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyirik”.

 

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir