29-30 sentyabr və 1 oktyabr tarixlərində Şamaxıda Üzüm və Şərab Festivalı keçiriləcək.Dövlət Turizm Agentliyindən verilən xəbərə görə, Agentlik və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 gün davam edəcək festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.