Prezident İlham Əliyev: “Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar”
Azərbaycanda artıq parlamentrarizmin mühüm ənənələri yaranıb. Ölkəmizdə demokratiyanın inkişafına böyük diqqət göstərilir. Parlament Azərbaycanda siyasi qüvvələrin güclənməsi üçün mühüm faktordur. Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin hərtərəfli səyləri nəticəsində Milli Məclisə son növbədənkanar seçkilər də demokratik, azad, ədalətli və şəffaf keçib. Prezident İlham Əliyev 10.03.2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edib. Dövlət başçısı növbəti 5 ildə Milli Məclis qarşısında duran mühüm vəzifələrdən danışıb: “İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir”.
Azərbaycanda demokratiyanın inkişafı üçün hər bir şərait var. Hüquqi dövlət quruculuğu təmin edilib. Bu istiqamətdə bütün tədbirlər görülür. Azərbaycanda siyasi islahatların davam etdirilməsi üçün iradə vardır. Çoxpartiyalı parlament də məhz bu islahatların tərkib hissəsidir. “Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər” deməklə Prezident İlham Əliyev yeni siyasi konfiqurasiyanın formalaşmasında Milli Məclisin rolunu vurğulayıb.
Azərbaycanda keçirilən son parlament seçkiləri demokratik inkişaf istiqamətində atılan növbəti mühüm addım idi. Demokratik qaydada keçirilən parlament seçkilərinin nəticələri xalqın iradəsini tam əks etdirib. Cənab Prezidentin dediyi kimi, deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar: “Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur”. Bu gün Milli Məclis dövlət başçının tapşırıq və tövsiyələrinə uyğun olaraq yeni tərkibdə ölkəmizin inkişafına töhfə verir. Parlamentdə qəbul edilən qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl imkan yaradır.
Azərbaycanda daynıqlı iqtisadiyyat təmin edilib. Son illərdə də maaşlar və pensiyalar davamlı olaraq artırılır. Ölkəmizdə müşahidə edilən güclü inkişaf hazırda dünyada hökm sürən bahlaşmanın ağır nəticələrini ölkəmizdə minimuma endirməyə imkan verir. Yoxsulluğun azalması, yeni iş yerlərinin açılması, büdcə xərclərinin, hərbi xərclərin, valyuta ehtiyatlarının artması, sosial proqramların uğurla icra olunması iqtisadi inkişaf nümunəsidir. Bu məsələyə də Cənab Prezident çıxşında toxunaraq Azərbaycanın sosial dövlət olduğunu və atılan bütün addımların bunu təsdiqlədiyini qeyd edib: “Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur”.
Əlbəttə ki, Azərbaycan dövləti bununla kifayətlənmir, irəliyə baxır və yeni-yeni strateji planlar icra edilir. Bu, tərəqqinin uzunmüddətli inkişafını təmin etmək üçün mühüm faktordur.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent