Soydaşlarımız Türkiyənin Moskvadakı səfirliyinə yardımlar təqdim ediblər

Türkiyədə baş verən dəhşətli zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Rusiyada yaşayan soydaşlarımız da yardım kampaniyaları keçirirlər. Sabahinfo.az xəbər verir ki, bu kampaniyaya Moskva, Komi, Arxangelski, Orenburq, Ximki, Kamçatka, Yakutiya, Maqadan, Xabarovsk, Çita, Vladivostok, Primorski və s. şəhərlərdəki həmvətənlərimiz qoşulub. Soydaşlarımızdan toplanan pul vəsaitilə zəlzələdən zərərçəkənlər üçün maddi yardımlar, o cümlədən generatorlar, yataq döşəkləri, ədyal və çadırlar alınıb. Bütün bunlar kampaniyanın təşkilatçıları tərəfindən fevralın 16-da Türkiyənin Moskvadakı səfirliyində görüş keçirilərək təqdim edilib. Görüşdə Türkiyə səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları, “AzerRos”un prezidenti Xanoğlan Əliyev, “Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti” ictimai təşkilatının sədri Əli Kazımov, Arxangelsk vilayətinin regional Azərbaycanlıların MMM-nin sədri Tərlan Qasımov, “Orenburq Azərbaycanlılarının Milli Konqresi” ictimai təşkilatının sədri İlkin Kərimov, Orenburq vilayət Dumasının deputatı Ağaverdi Racıyev, Komi regional Azərbaycanlıların MMM-nin sədri Akif Mikayılov, həmçinin hüquqşünas Ceyhun Cəfərov və diaspor fəalı Seymur Eyvazov iştirak ediblər.
Tədbirdə zərəlzəldə dünyasını dəyişənlər ehtiramla yad edilib və Türkiyə dövlətinə başsağlığı verilib. Qeyd olunub ki, bu gün xaricdə yaşayan azərbaycanlıların ürəyi Türkiyə ilə döyünür.

image-a22e55dc-1ffd-4ccd-95c2-67b3c2d7997c

image-372a07d9-8fa7-4974-8f8a-9cbf7044167a

image-9494d175-244c-4da7-be9d-aaaf0dbaaefe

image-ec4df591-40e4-4779-ad31-eaf6b708317d

image-0e693970-1660-4160-a6e9-bc1f1d6840f2

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir