Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Tətbiq edilən güzəştlər ekoloji təmiz avtomobillərə marağın artmasına müsbət təsir göstərə bilər

Ölkədə iqtisadi fəallığın və əhalinin artması ilə əlaqədar avtonəqliyyat vasitələrinin sayı çoxalır, bu da atmosferə atılmaların həcminin xeyli artması ilə nəticələnir. Nəqliyyat sektorunun ətraf mühitə, o cümlədən iqlim dəyişmələrinə mənfi təsirlərinin azaldılması məqsədilə ölkəmizdə qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, bir sıra tədbirlər həyata keçirilir.
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə AZƏRTAC-a bildirib ki, ilk dəfə 2019-cu ildə elektrik mühərrikli avtomobillərin idxalı, bu ilin yanvar ayından etibarən həm də satışı ƏDV-dən azad edilib. Güzəştlər yeni və mühərrik həcmi kiçik olan hibrid avtomobilləri və ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsi üçün enerji doldurucularını da əhatə edir. Onların da idxalı və satışı ƏDV-dən azaddır: “Nazirlər Kabinetinin 2022-ci il 11 noyabr tarixli Qərarı ilə elektromobillərin təşviqi ilə bağlı əlavə güzəştlər tətbiq olundu. Elektrik mühərriki ilə işləyən yeni avtomobillər və onların enerji doldurucuları idxal gömrük rüsumundan da azad edildi. Hazırda istehsal tarixi üç ilədək olan yeni elektromobillər və onların enerjidoldurma cihazları hər cür vergi və rüsumdan azaddır”.
Nazir müşaviri qeyd edib ki, tətbiq edilən həmin güzəştlər ölkəmizdə ekoloji təmiz avtomobillərə marağın əhəmiyyətli dərəcədə artmasına, eyni zamanda, ətraf mühitə, xüsusilə atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərə bilər.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir