Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Talış kənd sakinləri aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar

İşğaldan azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Tərtər rayonunun Talış kəndində də sakinlər aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ilkin mərhələdə kəndə köçürülən 20 ailənin hər biri ilə görüşlər keçirilərək, təhlillər aparılmaqla onlardan 20-dək şəxsin müxtəlif iş yerlərindəki vakansiyalar üzrə məşğulluğu təmin edilib.

Həmçinin Talış kənd sakinlərinin özünüməşğulluq proqramına da cəlb edilməsi istiqamətində hazırlıq işləri aparılır. Eləcə də kənd sakinlərindən bir qisminin yeni peşələrə yiyələnmələri məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili nəzərdə tutulub.

Həmin ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə birgə “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramının icrası, bu proqram çərçivəsində də bir qrup kənd sakinin işlə təminatı həyata keçiriləcək.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir