Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Naziri cənab İbrahim Yumaklının rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
Görüşdə “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması layihəsi çərçivəsində görülmüş işlər, su resurslarının səmərəli idarə olunması, eləcə də ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub, iki ölkə arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.