Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Ukraynadakı müharibənin yaratdığı enerji böhranı İtaliyanı diqqətini Azərbaycana cəlb etdi

Ukraynada müharibənin yaratdığı enerji böhranı İtaliyanı diqqətini Norveç, Azərbaycan və Əlcəzairdən mayeləşdirilmiş təbii qazın idxalına və sonra onu istifadəyə yararlı qaza çevirməyə sövq etdi.

Bu barədə İtaliyanın “Reportdifesa.it” portalı yazıb.

Qeyd edilir ki, təbii qazın transformasiya prosesinə “Snam” şirkəti cavabdehdir. Şirkər hökumətin sərənması ilə mayeləşdirilmiş qazı yenidən qazlaşdırma terminalının çənlərinə vuracaq “Golar Tundra” tankerini 330 milyon avroya alıb.

Keçən il fevralın 21-də Sinqapurdakı Keppel gəmiqayırma zavodunu tərk edən gəmi Piombino limanına gedib, onun illik təkrar qazlaşdırma qabiliyyəti təxminən beş milyard kubmetr qaz təşkil edəcək.

Həyata keçirilən layihə enerji böhranından çıxmağa, İtaliyanı Rusiya tədarükünün inhisarından azad etməyə kömək edəcək.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir