Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Xəzər sahilində yayılan plastik materiallarla bağlı rəsmi açıqlama

Xəzər dənizinin Goradil və Fatmayı sahillərində çox sayda ağ kiçik dənəvər formalı plastik materialın olması ilə bağlı görüntülər yayımlanıb. 

“Qafqazinfo” xəbər verir ki, yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadovun “Qafqazinfo”ya bildirdiyinə görə, əraziyə keçirilən baxış zamanı ağ kiçik dənəvər formalı plastik materialların polietilen istehsalı üçün nəzərdə tutulan xammal olduğu müəyyən edilib: “Ölkəmizdə fəaliyyət göstərən polietilen materiallar istehsal edən müəssisələrin mütəxəssisləri əraziyə cəlb edillib, birgə aparılan araşdırmalar və danışıqlar nəticəsində  sözügedən xammalın ölkəmizdəki müəssisələrə məxsus olduğu təsdiqlənməyib. İlkin ehtimala görə, xammal dəniz yolu ilə yük daşınması zamanı dənizə dağılıb və küləkli havada dalğa ilə sahilə çıxaraq sahil xətti boyu təqribən 1000 metr məsafədə yayılıb”.

V.Cavadovun sözlərinə görə, hazırda plastik dənəciklərin yayıldığı ərazi Binəqədi Rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən təmizlənir.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir