Xocalı və Srebrenitsa ortaq yaramız

18 fevral 2023-cü il tarixində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, Azərbaycan – Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova, “Be A Flower” dərnəyinin sədri Nazlıhan Günaydın, “Be A Flower” dərnəyinin Bosniya və Herseqovina nümayəndəsi Elvisa Kovaçeviç, məşhur yazıçı, Bosniya və Herseqovina Qazilər dərnəyinin sədri Harun Hodziç Srebrenitsa Soyqırım Memorial Toplu Məzarlığını ziyarət etdilər. Ziyarət zamanı Srebrenitsa Şəhid ailələri dərnəyinin sədri Fazilə ana və digər şəhid anaları ilə görüşüldü. Soyqırım abidəsinin üzərinə çiçək qoyuldu və Xocalı – Srebrenitsa soyqırımı haqqında söhbət edildi. Daha sonra ”Xocalıya Ədalət” kampaniyası çərçivəsində hazırlanmış ingilis dilində broşurlar, kitabçalar, Azərbaycan bayrağı, 44 günlük zəfərin simvolu xarıbülbül döş nişanları hədiyyə edildi.

 

 

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir