Yeni Azərbaycan Partiyasının nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabana gələrək Ulu Öndərin  xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Azərbaycanın müstəqil dövlət kimi inkişafı və tarixi uğurlar qazanması ümummilli lider Heydər Əliyevin titanik fəaliyyəti, məqsədyönlü siyasəti və əbədiyaşar ideyaları ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyevin sərəncamı ilə 2023-cü il respublikamızda “Heydər Əliyev İli” elan edilmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü həm respublikamızda, həm də onun hüdudlarından kənarda təntənə ilə qeyd edilir.

Bu gün qüdrətli və qalib Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin siyasi varisi, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə tərəqqi və Zəfər yolunda inamla irəliləyir, yeni-yeni nailiyyətlərə imza atır.

Bütün hüquqlar qorunur © 2024

Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir