Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Yol Mədəniyyəti Festivalı Diyarbəkirdə

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dünyanın ən əhatəli mədəniyyət və incəsənət layihələrindən biri olan Türkiyə Yol Mədəniyyəti Festivallarının keçirilməsi davam edir.

Festivalların keçirilməsində əsas məqsəd Türkiyənin mədəni dəyərlərini memarlıq, tarix, mədəniyyət və incəsənətini insanlara tanıtmaqdır.

Bu festivallara bir sıra ölkələrdən, o cümlədən Türkdilli dövlətlərdən jurnalistlər, video-blogerlər, nüfuzlu media agentliklərin nümayəndələri də qatılıb.

2023-ci ildə bu festivalın 11 fərqli şəhərdə təşkil edilməsi nəzərdə tutulub ki, artıq müxtəlif aylarda Kapadokya Balon, Sümela, Palandöken, Troya, Qastroantep, Başkent, Konya, Beyoğluda keçirilib.

Oktyabrın 14-də isə Diyarbəkirdə Yol Mədəniyyəti Festivalına start verilib. Festival oktyabrın 22-dək – 9 gün davam edəcək.

Festival günlərində YUNESKO-nun Mədəni İrs siyahısına daxil edilən Diyarbəkirin məsçidlər və kilsələr, İçkale Muzey Kompleksi, Öngözkü körpü, Ulu Cami, Hasanpaşa Hanı kimi qədim tarixi yerləri ilə hamı tanış ola bilər.

Daha sonra isə İzmir və dekabrda isə Antalyada bu festivalların keçirilməsi nəzərdə tutulub.

Onu da qeyd edək ki, 2021-ci ilin oktyabr ayında İstanbul Beyoğlu Mədəniyyət Yolu Festivalı ilə başlayan Türkiyə Mədəniyyət Yolu Festivalları, 2022-ci ildə Ankara Başkent, Çanakkale Troya, Diyarbəkir və Konya Mistik Musiqi Festivalı, Nevşehir Kapadokya daxil olmaqla 5 fərqli şəhərdə təşkil edilib.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir