Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Yunanıstandakı Azərbaycan diasporu Saloniki şəhər bələdiyyəsində görüş keçirib

Yunanıstanda fəaliyyət göstərən “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti bu ölkənin rəsmi qurumları və seçkili orqanları ilə əməkdaşlığı daha da genişləndirmək istiqamətində adddımlar atmağa başlayıb.

Bu barədəNewscenter.az-a məlumat verən “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov bildirib ki, bu istiqamətdə ilk addımlardan biri Saloniki şəhər bələdiyyəsində görüşün keçirilməsi olub. Belə ki, sözügedən Cəmiyyətin sədri Rəşid Məmmədov və Cəmiyyətin aktiv üzvləri Saloniki şəhərində yaşayan soydaşlarımızla birlikdə Salonik şəhər Bələdiyyəsinin 1 ci müavini, İctimai Şuranın sədri, Yunanıstanda milli məclisə deputatlığa namizəd Petros Lekakis və Salonik şəhər Bələdiyyəsinin Baş Müşaviri Georgios Kalaycidislə görüşüblər.

Görüşdə Azərbaycan-Yunanıstan əlaqələri, ölkələr arasında inkişaf etməkdə olan münasibətlərə hər iki qurumun verə biləcəyi faydalar, eləcə də “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti ilə Salonik şəhər Bələdiyyəsinin birgə əməkdaşlıq imkanları müzakirə edilib.

 

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir