Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi
"Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi" layihəsi. 2022

Zəfər Günü Tbilisidə təntənəli şəkildə qeyd olunub

Tbilisidə Zəfər Günü münasibətilə təntənəli mərasim keçirilib.AZƏRTAC xəbər verir ki, ki Vaxtanq Saralidze adına konsert salonunda təşkil olunan tədbirdə Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri, bir sıra ölkələrin Tbilisdəki səfirliklərinin hərbi attaşe aparatının rəhbərləri, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin keçirildiyi binanın foyesində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, milli mədəni abidələrinin fotolarından ibarət sərgi açılıb, Şuşanın, Xudafərin körpüsünün maketləri quraşdırılıb.Əvvəlcə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğurunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, daim sülhün, sabitliyin tərəfdarı olan Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olsa da, Ermənistan buna məhəl qoymayıb və dəfələrlə atəşkəs rejimini pozub. Səfir qeyd edib ki, rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də azğın düşmənin təxribatlarının qarşısını almaq məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə əks-hücuma keçərək hərbi əməliyyatlara başlayıb və cəmi 44 gün ərzində düşmən üzərində tam qələbə qazanıb. Faiq Quliyev Zəfərimizin əldə olunmasında Azərbaycan diplomatiyasının da rolunu xüsusi qeyd edib.Vətən müharibəsində Gürcüstandan olan 20 soydaşımızın şəhid olduğunu diqqətə çatdıran diplomat bildirib ki, səfirliyin dəstəyi ilə onların adlarının əbədiləşdirilməsi məqsədilə sənədli film çəkilib, xüsusi kitab hazırlanıb.Qardaş Türkiyənin daim Azərbaycanın yanında olduğunu vurğulayan F.Quliyev deyib: “Bu qələbənin əldə olunmasında qardaş Türkiyənin siyasi dəstəyi bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu dəstək bizi daim qələbəyə səsləyib”. Diplomat Türkiyənin müharibədən sonra işğaldan azad olunmuş ərazilərdən gedən quruculuq və bərpa proseslərində də fəal iştirak etdiyini bildirib.Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay Azərbaycan xalqını Zəfərin ikinci ildönümü münasibətilə təbrik edib. Bildirib ki, Çanaqqala döyüşündə Azərbaycanlı qardaşlarımız öz qanları ilə tarix yazıblar. Türkiyə bunu unutmur və unutmayacaq. Türkiyə daim Azərbaycanın yanındadır və yanında olacaq.Azərbaycanın Gürcüstandakı hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov çıxışında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində keçdiyi yola nəzər salıb, hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə döyüşlərdə xüsusi rəşadət göstərmiş hərbçilərimiz orden və medallarla təltif edilib.Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri, Gürcüstandan şəhidlərimizin bəhs edən Rafiq Hümmət müəllifi olduğu “Ölümsüzlər” kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq edib.“Dəmir Yumruq” kitabının müəllifi Məhəmməd Qasımova “Qarabağ” futbol klubunun forması hədiyyə olunub.Sonra tədbir konsert proqramı ilə davam edib.Azərbaycan Respublikasının Xalq artistləri Mələkxanım Əyyubova, Möhlət Müslümov (tar), Fəxrəddin Dadaşov (kamança), estrada və opera müğənniləri Samir Piriyev, Nərmin Kərimbəyova, Aygün Əsgərova və “Ceyran” Azərbaycan milli rəqs ansamblının üzvlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub.

Bütün hüquqlar qorunur © 2022
Saytda əks olunan fikir və mülahizələr müəllifə aiddir və
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirmir