Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski tviter hesabında məlumat yayıb.
Prezident Böyük Britaniyanın Ukraynaya dəstəyini yüksək qiymətləndirib:
“Biz Ukraynaya çox şaxəli müdafiə dəstəyi və qış dövrü üçün yardımı müzakirə etdik. Həmçinin “taxıl sövdələşməsi”nin davam etdirilməsi və mühüm beynəlxalq tədbirlər ərəfəsində razılaşdırılmış mövqelərimiz barədə danışdıq”.