Şüvəlanda Xəzərin neftlə çirklənməsi aşkarlanıb

Xəzər rayonu, Şüvəlan qəsəbəsində Xəzər dənizinin neftlə çirklənməsi ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə “Report”a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sahil zolağı ətrafındakı qayalıq ərazinin 200 metrlik məsafəsində, həmçinin dəniz səthində neft ləkələrinin olması müşahidə edilib:

“Neft ləkəsinin tərkibinin və çirkləndirilmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə dənizdən və çirklənmiş torpaqdan nümunələr götürülüb, hazırda araşdırmalar davam etdirilir”.

Tərəflər Konfransı: Qlobal temperatur yüksəldikcə dayanıqlılıq üçün daha çox maliyyə tələb olunurTərəflər Konfransı: Qlobal temperatur yüksəldikcə dayanıqlılıq üçün daha çox maliyyə tələb olunur

Qlobal temperatur yüksəlməyə davam etdikcə həm uyğunlaşma, həm də dayanıqlılıq üçün daha çox maliyyə vəsaiti tələb olunur. “Report” xəbər verir ki, bu, İqlim Dəyişmələri üzrə 27-ci Tərəflər Konfransında bildirilib. Konfransın dünənki

Su anbarında sintetik torlardan istifadə edilir, ərazidə məişət tullantıları gözə çarpır…Su anbarında sintetik torlardan istifadə edilir, ərazidə məişət tullantıları gözə çarpır…

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata keçirir. Bu yazı