113-cü gün: Laçın-Xankəndi yolunda eko-aksiya davam edir

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan haqlı etiraz aksiyası 113 gündür davam edir.

“Azərtac”ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu gün də aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Ekofəallar və könüllü gənclər səhər saatlarında hər zaman olduğu kimi, Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər.

Ekoaksiyanın keçirildiyi ərazi humanitar məqsədlərlə istifadə olunan avtomobillərin keçidi üçün tam açıqdır.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

 

Azərbaycan Universitetində “Heydər Əliyev və Türk Dünyası” mövzusunda beynəlxalq konfrans keçirilibAzərbaycan Universitetində “Heydər Əliyev və Türk Dünyası” mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Heydər Əliyev və Türk Dünyası” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu haqda saytımıza Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Türkiyənin Azərbaycandakı səfirliyində millət vəkilləri ilə görüş təşkil olunubTürkiyənin Azərbaycandakı səfirliyində millət vəkilləri ilə görüş təşkil olunub

İyun ayının 4-də Türkiyənin Azərbaycandakı səfirliyində “Dünya səhər yeməyi günü” çərçivəsində Azərbaycanın xanım millət vəkilləri ilə görüş təşkil olunub. Görüşdə millət vəkili Tamam Cəfərova da iştirak edib. Görüş Türkiyənin Azərbaycandakı