86 yaşlı zəhmətkeş Ayna nənə

Fərəcova Ayna Firudin qızı 15 yanvar 1938-ci ildə Masallı rayonunun Şıxlar kəndində anadan olmuşdur. Şıxlar kənd 8 illik (ümumi orta), daha sonra isə Qızılağac kənd orta məktəbini bitirmişdir. Qasımlı kəndindən olan Böyük Vətən Müharibəsi iştirakçısı – Fərəcov Fəyyaz Qasım oğlu ilə ailə həyatı qurmuşdur. 1969-cu ildə Masallı rayonunun Yeddioymaq Kənd Zəhmətkeş Deputatları Sovetinə 22 nömrəli […]

Diaspor rəhbərinin oğluna ABŞ-da ciu-citsu idman növü üzrə bənövşəyi kəmər verildi – VIDEO

ABŞ-ın Florida ştatının Hollivud şəhərində azərbaycanlı idmançı Taleh Mahmudova ciu-citsu idman növü üzrə bənövşəyi kəmər verilib. “Diaspornews.az” xəbər verir ki, təqdimat mərasimi Hollivud şəhərində Cənubi Florida Braziliya Ciu-Citsu Alyanısının zalında keçirilib. Bənövşəyi kəməri və sertifikatı Taleh Mahmudova Braziliya Ciu-Citsu Alyanısının baş təlimçi master Carlos Rollyson təqdim edib. Xatırladaq ki, Taleh Mahmudov Rusiyanın Krasnoyarsk diyarının “Azərbaycan […]

“PRODSERVİS-S” MMC və “Birlik” təşkilatı “Şaxta baba və Qar qız ziyarətə gəlir” xeyriyyə aksiyasına dəstək veriblər

2018-ci ildən bəri Tatarıstan Respublikasının Leninoqorsk şəhərindəki “Uşaqlarda Güc” Xeyriyyə Fondunun reabilitasiya mərkəzi hər il ənənəvi “Şaxta baba və Qar qız ziyarətə gəlir” xeyriyyə aksiyasını keçirir. Bu tədbir əlil uşaqlar və sağlamlıq imkanları məhdud uşaqlar iştirak edir. Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk vilayətində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Ramiz Məmmədov tədbirlərdə dəfələrlə […]

Murmanskda keçirilən “Biz birlikdəyik” festivalında Azərbaycan təmsil olunub

23 dekabr 2023-cü ildə Murmansk Vilayətində yerləşən Qabaqcıl peşə hazırlığı Mərkəzində Rusiya və MDB ölkələri xalqlarının “Biz birlikdəyik” milli mətbəxi festivalı keçirildi. Bu festivalda müxtəlif xalqların nümayəndələri iştirak etmişlər. Həmçinin “Azərbaycan Mədəniyyət Mərkəzi” Murmansk regional ictimai təşkilatının sədr müavini Fəyyazlı Mehdi Afiq oğlu çıxış etmişdir. O, iştirakçıları və qonaqları Azərbaycanımızın tarixi, xalqın mənşəyi, xalq geyimlərinin […]

“Azərbaycan rus məktəblilərinin və tələbələrinin gözü ilə” müsabiqəsi uğurla başa çatıb

Noyabrın 28-də Moskva vilayəti Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin nümayəndələrinin və Dedovski korreksiya internat məktəbinin məktəblilərinin iştirakı ilə “Azərbaycan rus məktəblilərinin və tələbələrinin gözü ilə” müsabiqəsi keçirilmişdir. Yarışda ümumilikdə 13 məktəbli iştirak edib və onların hər birinə qiymətli və xatirə hədiyyələri verilib. Bu görüş Azərbaycan musiqisi ilə yaxından tanış olan, maraqlı vaxt keçirən, çay süfrəsi arxasında […]

Soydaşımız Krasnoyarsk diyarının “Ən yaxşı mədəniyyət işçisi – 2023”-ün qalibi olub

Dekabrın 16-da Krasnoyarsk Vilayət Filarmoniyasında ən yaxşı yaradıcı işçilər, mədəniyyət təşkilatlarının əməkdaşları və mədəniyyət sahəsində təhsil müəssisələrinin əməkdaşları, mədəniyyət və incəsənət sahəsində istedadlı gənclər arasında təntənəli mükafatlandırma mərasimi keçirilib. Krasnoyarsk diyarının Mədəniyyət Nazirliyinin 5 dekabr 2023-cü il tarixli 638 nömrəli əmrinə əsasən “Odlar Yurdu” Azərbaycan mahnı və rəqs ansamblının xalq özfəaliyyət kollektivinin rəhbəri Cəfərov Aqil […]

İstedadlı gənclər gələcəyimizdir

Dekabrın 14-də Vyanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə möhtəşəm tədbir keçirilib. Azərbaycan və Türkiyə səfirlikləri tərəfindən təşkil olunan, Avstriya parlamentinin üzvlərinin, Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, Avstriyadakı Azərbaycan diasporunun fəallarının iştirak etdikləri tədbirdə hər üç ölkənin dövlət himnləri səsləndirilib. Tədbirin rəsmi hissəsində, […]

Özbəkistan beyin mərkəzinin rəhbəri STM-də olub

Sosial Tədqiqatlar Mərkəzində Özbəkistanın tanınmış düçüncə mərkəzlərindən olan Demokratik Proseslərin Təhlili Mərkəzinin sədri Əzəmət Pardayevlə görüş keçirilib. Azərbaycana səfər edən Əzəmət Pardayev Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin əhəmiyyətindən bəhs edib. Görüşdə bildirilib ki, Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Postsovet məkanında olan ölkələr arasında Özbəkistan yeganə ölkə idi ki, Azərbaycan […]

Bakıda Sosial İş və Sosial Tədqiqatlar üzrə beynəlxalq Konfrans keçirilib

Bakıda Azərbaycan Universiteti və Vaşinqton Universitetinin birgə təşkilatçılığı ilə Sosial İş və Sosial Tədqiqatlar üzrə beynəlxalq Konfrans keçirilib. İnteqrativ psixososial terapevt və alternativ tibb üzrə mütəxəssis İlkanə Qoca van den Berq konfransdakı təqdimatında son illərdə əldə etdiyi kliniki təcrübəyə əsaslanaraq “Qaçqın, məcburi köçkün, ya da hər ikisi? Azərbaycanın məsələsində məcburi miqrasiyaya məruz qalmış qaçqın və […]

Murmanskdakı soydaşlarımız “İgidlik qutusu” Ümumrusiya aksiyasına qoşulublar

Murmansk Regional “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının sədri Afil Hüseynov və sədr müavini Mehdi Fəyyazlı digər həmvətənləri ilə birlikdə “İgidlik qutusu” Ümumrusiya aksiyasına qoşulmuşlar. Rayon uşaq klinik xəstəxanasında müalicə alan azyaşlı xəstələrə oyun dəstləri, stolüstü oyunlar, tikinti dəstləri, tapmacalar, uşaq kitabları və rəngləmə kitabları hədiyyə edilib. Çox sayda tərəfdaşımız var, bugünkü tədbirdə çoxlu sayda hədiyyələr […]