ASCO: “Qara dəniz limanlarından Bakıya və Xəzər dənizinin digər limanlarına kruiz gəmisi işləyəcək”

Qara dəniz limanlarından Bakıya və Xəzər dənizində yerləşən digər limanlara kruiz gəmisi fəaliyyət göstərəcək. “Report” xəbər verir ki, bunu news.ru nəşrinə müsahibəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev bildirib. “Hazırda Xəzər dənizində bir sahildən digər sahilə sərnişin daşıyan bərələr artıq fəaliyyət göstərir, lakin onların xüsusi turizm məqsədləri yoxdur”, – o deyib. Onun sözlərinə görə, 2017-ci ilin […]

Rusiyada yenidən ölkəmizin turizm nümayəndəliyi açılacaq

Azərbaycan Rusiyada yenidən turizm nümayəndəliyi açmağı planlaşdırır. AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev news.ru nəşrinə müsahibəsində deyib. Bir neçə ölkədə belə nümayəndəliklərin olduğunu bildirən DTA-nın sədri qeyd edib ki, koronavirus pandemiyası səbəbindən iş sxemində dəyişiklik olunub və onların fəaliyyəti dayandırılıb: “Ancaq biz onları yenidən açmağı planlaşdırırıq, o cümlədən Rusiyada”. Onun […]

Azərbaycanın turizm potensialı Polşada nümayiş etdirilir

Azərbaycanın turizm imkanlarının və mövcud turizm məhsullarının Polşada tanıdılması məqsədilə 24-26 noyabrda Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu “TT Warsaw” Beynəlxalq Səyahət Sərgisi və Dünya Səyahət Şousunda təmsil olunur. Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan nümayəndə heyətini hotel, turagentliklər və “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla ümumilikdə 10 tərəfdaş təmsil edir. Sərgi çərçivəsində […]

Dövlət Turizm Agentliyi: “Sektor yaxın iki ildə tam bərpa olunacaq”

Azərbaycanda turizm sektorunun yaxın iki il ərzində tam bərpa olunması gözlənilir. Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. “Hesab edirik ki, gec-tez 2019-cu ilin rekord göstəricilərinə yaxınlaşacağıq. Turizm tez bərpa olunan sahədir. Biz coğrafiyamızı genişləndiririk, turizm üçün yeni bazarlar açırıq. Hesab edirik ki, turizm tam bərpa olunacaq və müsbət dinamika davam edəcək. Ənənəvi […]

“Mənə Azərbaycanı göstər” layihəsinə start verilib

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu və Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) təşəbbüsü ilə həyata keçirilən “Show Me Azerbaijan” (“Mənə Azərbaycanı göstər”) layihəsi çərçivəsində bir qrup xarici bloger Azərbaycanda səfərdədir. “Report”un xəbərinə görə, heyətə ABŞ, Fransa, İspaniya, İndoneziya, Qazaxıstan, Türkiyə, Misir və ümumilikdə 10-dan çox ölkəni təmsil edən blogerlər daxildir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu […]

DTA: “İl yarımdan sonra Qarabağ öz qapılarını dünyanın hər yerindən gələn turistlərin üzünə açacaq”

“İl yarımdan sonra Qarabağ öz qapılarını dünyanın hər yerindən gələn turistlərin üzünə açacaq”. “Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev news.ru nəşrinə müsahibəsində deyib. “Azərbaycanlılar özləri Qarabağda turizmin inkişafına sərmayə qoyurlar, onlar ölkəsi üçün faydalı iş görmək istəyirlər. Azərbaycan hökuməti investorlar üçün müəyyən güzəştlər nəzərdə tutan sənədlər paketi hazırlayır”, – o deyib. Onun […]

Azərbaycan Yunanıstanda keçirilən turizm sərgisində təmsil olunub

Yunanıstanın Saloniki şəhərində keçirilən “37-ci Philoexenia” adlı beynəlxalq turizm sərgisində “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Evi tərəfindən Azərbaycan stendi qurulub. AZƏRTAC xəbər verir ki, cəmiyyət tərəfindən ölkəmizin turizm potensialını təbliğ edən, həmçinin tarixi və mədəniyyəti əks olunan broşür və kitablar, suvenirlər, o cümlədən milli şirniyyatlar ziyarətçilərə təqdim olunub, ölkəmiz barədə videoçarx nümayiş edilib. “Philoxenia” […]

Bakı aeroportunda tapançalı şəxs tutuldu

Heydər Əliyev Beynəlxalq Hava Limanında tapançalı şəxs saxlanılıb. Hava Limanından “Qafqazinfo”ya verilən məlumata görə, “Makarov” tapançası sərnişinlərdən biri uçuşdan öncə yoxlamadan keçərkən aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Dövlət Turizm Agentliyinin sədri Ümumdünya Turizm Təşkilatının baş katibi ilə görüşüb

Azərbaycan və Ümumdünya Turizm Təşkilatı (ÜTT) arasında son illərdə artan əməkdaşlığın genişlənməsi imkanları və ölkəmizin təşkilatın müxtəlif təşəbbüslərinə göstərdiyi dəstək noyabrın 18-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və ÜTT-nin baş katibi Zurab Pololikaşvili arasında qurumun Madriddə yerləşən qərargahında keçirilən görüşündə müzakirə edilib. Agentlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə F.Nağıyev Azərbaycanın 2023-2027-ci illər üçün ÜTT-nin İcraiyyə […]

“Turizmin inkişafı” üzrə İşçi Qrupunun ilk iclası keçirilib

Cari ilin noyabrın 18-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Turizm Agentliyinin rəhbərlik etdiyi “Turizmin inkişafı” üzrə İşçi Qrupunun video-konfrans formatında ilk iclası keçirilib. Agentlikdən AZƏRTAC-a bildirilib ki, iclasda İşçi Qrupunun yaradılmasının məqsədi və mandatı barədə iştirakçılara məlumat verilib. Sonra isə iclasda Dünya İqtisadi Forumu tərəfindən hazırlanan “Səyahət və Turizm İnkişaf İndeksi” beynəlxalq […]